“Şəbəkə mühitində paylanmış hesablama sistemlərinin yaradılması texnologiyaları” adlı ekspres-informasiya işıq üzü görüb

13 Noyabr 2015 - 09:24 | Yeni nəşrlər
“Şəbəkə mühitində paylanmış hesablama sistemlərinin yaradılması texnologiyaları” adlı ekspres-informasiya işıq üzü görüb

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Şəbəkə mühitində paylanmış hesablama sistemlərinin yaradılması texnologiyaları” adlı ekspres-informasiya işıq üzü görüb. Yeni nəşrin müəllifləri institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov və institutun böyük elmi işçisi Məmməd Həşimovdur, elmi redaktoru isə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifovdur.

“İnformasiya Texnologiyaları” nəşriyyatında çapdan çıxmış ekspres-informasiyada şəbəkə mühitində paylanmış hesablama sistemlərinin yaradılmasında istifadə olunan texnologiyalar analiz olunmuşdur. Klaster, Qrid, bulud texnologiyalar əsasında yaradılan paylanmış hesablama sistemlərinin arxitektur-texnoloji prinsipləri işlənmişdir. Paylanmış hesablama sistemləri əsasında yaradılan xidmətlərin təhlili aparılmış və qeyd edilən sistemlərdə həlli nəzərdə tutulan mürəkkəb məsələlərin tədqiqi öz əksini  tapmışdır.

Qeyd edək ki, bu iş AR Prezidenti yanında Elmin İnkişafı Fondunun EİF-2014-9(24)-KETPL-14/02/1 saylı qrant layihəsi çərçivəsində yerinə yetirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.