Pilotsuz təyyarələr məhsulları müştərilərinə çatdıracaq

02 Noyabr 2015 - 14:43 | Maraqlı məlumatlar
Pilotsuz təyyarələr məhsulları müştərilərinə çatdıracaq

“Google” internet korporasiyası 2017-ci ildə məhsulların öz müştərilərinə çatdırılması üçün pilotsuz uçuş aparatlarından istifadəni planlaşdırır. Bu haqda korporasiyanın “Project Wing” adlı layihəsinin direktoru Devid Vos məlumat verib.

lastnews.com.ua saytının məlumatına görə, “Google” 1 il əvvəl pilotsuz təyyarələrin köməyi ilə məhsulların çatdırılması üzrə sınaqlara başlayıb. “Project Wing” layihəsi “Google X” laboratoriyası çərçivəsində yaradılıb və Avstraliyada sınaqdan keçirilib. Sınaqlar zamanı məhsulların çatdırılması üçün 30 uçuş aparatı qurulub.

Uçuş aparatlarının prototipinin uzunluğu 80 sm, eni isə 1,5 metr təşkil edir. Bu aparatın hazırlanmasında tətbiq edilmiş texnologiya “Google”un sürücüsüz avtomobildə tətbiq etdiyi texnologiyanın analoqudur.