Gözlərin hərəkəti ilə robotların idarə olunmasına imkan verən proqram təminatı hazırlanıb

27 Oktyabr 2015 - 12:00 | Texnoloji yeniliklər
Gözlərin hərəkəti ilə robotların idarə olunmasına imkan verən proqram təminatı hazırlanıb

London İmperiya kollecində fəaliyyət göstərən alimlər gözlərin hərəkəti ilə robotları idarə etməyə imkan verən proqram təminatı hazırlayıblar.

Alimlərin fikrincə, bu texnologiya sayəsində robotlar məhdud imkanlı şəxslərə kömək edə bilər. Yeni proqram təminatı, həmçinin vahid zamanda bir neçə işlə məşğul olmağa imkan verir. Sistemdə istifadə olunan alqoritm insanın baxdığı nöqtələrin ardıcıllığını müəyyənləşdirir və bundan sonra robotun hərəkət etməsi üçün bu əmrləri icra edir.

“Təsəvvür edin ki, siz eyni zamanda rəsm çəkə, su içə və ya uşağa baxa bilərsiniz. Beləliklə, insanın ətraf mühitlə qarşılıqlı əlaqə yaratması üçün yeni üsullar yaranır” – kollecin biomühəndislik bölməsinin direktoru Aldo Feysal bildirib.

gazeta.ru