AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

26 Oktyabr 2015 - 12:02 | Mühüm hadisələr
AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova ABŞ-ın “Communications” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü seçilib.

Ayda iki dəfə nəşr olunan jurnal kommunikasiya sahəsi üzrə nəzəriyyə, sistem, metod, alqoritm və proqramlar haqqında ən son yenilikləri diqqətə çatdırır. Jurnal rabitə sahəsində çalışan elmi tədqiqatçılar, sənaye mütəxəssisləri, mühəndis və menecerlər üçün nəzərdə tutulub.

“Communications” dərgisi multimedia emalı, optimallaşdırma, rabitə və informasiya nəzəriyyəsi, rabitə proqram təminatı və xidmətləri, qrid texnologiyaları, paralel və paylanmış hesablama, peyk və kosmik rabitə, genişzolaqlı simsiz rabitə və s. sahələri əhatə edir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.