Məlum olduğu kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunda Milli Terminoloji İnformasiya Sisteminin (MTİS) yaradılması ilə bağlı işlər aparılır. Bu istiqamətdə görülən işlərlə bağlı institutun sektor müdiri Əfruz Qurbanova məlumat verib.
Ə.Qurbanova görülən işlərin Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində aparıldığını qeyd edib. O, Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və veb-portalının strukturunun işlənildiyini söyləyib. Hazırda veb-portalın dizaynı və proqram təminatı ilə bağlı işlərin həyata keçirildiyini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.