15 TB tutuma malik fləş daşıyıcı təqdim olunub

17 Avqust 2015 - 11:30 | Maraqlı məlumatlar
15 TB tutuma malik fləş daşıyıcı təqdim olunub

“Samsung Electronics” şirkəti Kaliforniyada keçirilmiş “Flash Memory Summit” tədbirində bazarda mövcud olan ən tutumlu (15 TB) sərtgövdəli daşıyıcını təqdim edib.

Müqayisə üçün qeyd edək ki, bazarda “Western Digital” şirkəti tərəfindən istehsal edilmiş ən tutumlu sərt diskin həcmi 10 TB-dır.

15,36 TB tutuma malik “Samsung PM1633a” daşıyıcısı məlumat mərkəzlərində məlumatların saxlanılması sistemlərinə quraşdırılması üçün nəzərdə tutulub.

“Samsung” şirkəti “Flash Memory Summit”də 48 ədəd “PM1633a” daşıyıcısından ibarət server konfiqurasiyasını nümayiş etdirib. Konfiqurasiyanın ümumi tutumu 768 TB təşkil edib.

ictnews.az