İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin 2015-ci ilin I yarısı üzrə hesabatı dinlənildi

09 İyul 2015 - 11:00 | Konfranslar, İclaslar
İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin 2015-ci ilin I yarısı üzrə hesabatı dinlənildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin 2015-ci ilin I yarısı üzrə hesabatı dinlənildi. Şöbə müdiri Mədinə Səidova hesabatı təqdim edərək bildirdi ki, şöbədə “Müasir elektron kitabxana şəbəkəsinin yaradılması metodlarının işlənməsi” mövzusunda dissertasiya işi yekunlaşdırılmış, institutun elmi seminarında müzakirə olunmuş və növbəti mərhələyə keçirilməsi təsdiq edilmişdir. Elmi fəaliyyətin qiymətləndirilməsi üçün indekslərin işlənməsi istiqamətində jurnalların fəaliyyətinin qiymətləndirilməsi üçün impakt faktorun modifikasiya olunmuş variantları təklif edilmiş və bununla bağlı eksperimentlər aparılmışdır.

Müzakirə zamanı Azərbaycanda elmin vəziyyətinin qiymətləndirilməsi istiqamətində işlərin həyata keçirilməsi tövsiyə olundu.

M.Səidova “E-kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransına hazırlıq işləri haqqında məlumat verdi.

Şöbənin elmi-innovasiya və elmi-praktiki fəaliyyətindən bəhs edən məruzəçinin sözlərinə görə, Elektron Kitabxana Mərkəzində kitablar ABŞ Konqres kitabxanası təsnifat sistemi ilə təsnifatlaşdırılır, resurslar sistemə daxil olunur və onların təhlükəsizliyi təmin olunur.

3 konfrans materialının, 3 məqalənin nəşr edildiyini, daha 3 məqalənin isə çapa təqdim olunduğunu və 2 müxtəlif təyinatlı kitabçanın hazırlandığını qeyd edən şöbə müdiri, həmçinin elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirak, elmi-təşkilati fəaliyyət və digər cari işlərə dair məlumatı diqqətə çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.