“Google Glass” üçün çərçivə hazırlanıb

29 Yanvar 2014 - 15:00 | Texnoloji yeniliklər
“Google Glass” üçün çərçivə hazırlanıb

“Google” şirkəti “Glass” adlanan smart eynəyi üçün çərçivə hazırlayıb. Bu barədə şirkətin “Google+” sosial şəbəkəsindəki “Glass” səhifəsində məlumat verilib. Çərçivələr görmə qüsurlu insanların da qurğudan istifadəsinə icazə verəcək. 

lenta.ru saytının məlumatına görə, dörd müxtəlif variantda təqdim edilmiş çərçivələrin hər biri titan materialından hazırlanıb. Həm kişi, həm də qadınlar üçün nəzərdə tutulan çərçivələrin dizaynını İzabel Olsson hazırlayıb. 

“Glass” smart eynəyi kamera və miniatür ekranla təchiz edilib. Çərçivələrin qiyməti 225 dollardır.