Sosial robotlar - hər evə lazım!

29 İyun 2015 - 12:00 | Maraqlı məlumatlar
Sosial robotlar - hər evə lazım!

 Yaponiyada ilk 1000 “emosional” robot bir dəqiqəyə satılıb 

İnsanlara daha çox ev işlərində kömək edə biləcək robotlar hər bir evdə arzulanan texnikadır. Lakin bu tendensiya deyəsən, dəyişmək üzrədir. Artıq insanlar onlarla həmsöhbət olacaq, intellektual sualları cavablandıra biləcək robotlara üstünlük verməyə başlayıblar. Bunu Yaponiyada ilk 1000 insanabənzər robotun cəmi bir dəqiqəyə satılması faktı göstərir.

“Pepper” – insanlarla birgə yaşaması üçün nəzərdə tutulmuş ilk insanabənzər robotdur. O, nə ev işlərində təmizlik ilə məşğul olur, nə yemək hazırlayır, nə də ki, bu kimi başqa bacarıqlara malik deyil. Əvəzində “Pepper” - sizinlə söhbət edə, emosiyalarınızı tanıya və ona reaksiya verə bilən, hərəkət edən və sizinlə birgə yaşaya biləcək sosial robotdur. 

Fevral ayında 300 robotun sınaq satışlarında bu robotları əldə etmək istəyənlərin sayı o qədər çox olmuşdur ki, şirkət xoşbəxt alıcıları püşkatma yolu ilə seçməyə məcbur olmuşdu.   

“Pepper”in qiyməti 1600 ABŞ dollarına yaxındır. lenta.ru saytının xəbərinə görə, “Softbank” hər ay 1000 robotun satışını təşkil etmək niyyətindədəir.