“Əşyaların interneti” bazarının həcmi 2020-ci ilədək 1,7 trilyon dollara çatacaq

03 İyun 2015 - 12:00 | Maraqlı məlumatlar
“Əşyaların interneti” bazarının həcmi 2020-ci ilədək 1,7 trilyon dollara çatacaq

“IDC” tədqiqat agentliyinin verdiyi məlumata görə, internetə qoşulmuş ağıllı ev sistemləri bazarının həcmi 2020-ci ilədək 3 dəfə artaraq 1,7 trilyon dollar təşkil edəcək.

Tədqiqatçıların proqnozuna əsasən, “Əşyaların interneti” bazarının illik artımı 16,9 faiz təşkil edəcək. 2014-cü ildə bazarın həcmi 655,8 milyard dollar olub.

“Samsung” şirkətinin ev sistemlərinin idarə olunması texnologiyalarını hazırlayan “SmartThings” şirkətini 200 milyon dollara satın alması faktı “Əşyaların interneti” bazarının inkişaf perspektivlərindən danışmağa imkan verir.

gazeta.ru