3D-filmlər beyin üçün faydalıdır. Belə bir nəticəyə “Thrill Laboratory” və Qoldsmits kollecinin alimləri gəlib. Aparılan eksperimentdə 100-dən artıq insan iştirak edib. Könüllülərdən ibarət bir qrup “Qəhrəmanlar şəhəri” animasiya filmini 3D, digər qrup isə 2D formatında seyr edib. İştirakçılar filmdən əvvəl və sonra yaddaşın, reaksiya vaxtının və koqnitiv funksiyaların qiymətləndirilməsi üçün nəzərdə tutulmuş koqnitiv testləri yerinə yetiriblər.
Sonra isə tədqiqatçılar nəticələri müqayisə ediblər. Onlar aşkar ediblər ki, 3D filminə baxan könüllülər arasında informasiyanın koqnitiv emalı sürəti 23% artıb, reaksiya vaxti isə 11% azalıb. Alimlərin fikrincə, 3D-filmlər koqnitiv pozulmaların yaranmasının qarşısını almağa qabildir.
Eksperimentin ikinci hissəsində könüllülər filmə baxarkən xüsusi qarnitur onların beynini skan edib. meddaily.ru saytının bildirdiyinə görə, 3D-filmini seyr edən iştirakçıların beyninin aktivliyi daha yüksək olub. Bu könüllülər filmə baxma prosesinə 7 % daha güclü cəlb olunub. Ehtimala görə, 3D-filmlərini seyr etmək real həyatdakı hadisələri müşahidə etmək prosesinə bənzəyir.