AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu gündən etibarən doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirilməyə başlayıb.
2014-cü ilin fevral ayından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində müxtəlif müddətli kurslar təşkil olunmuşdur. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris olunmuş, elmi fəaliyyətdə informasiya texnologiyalarından istifadə vərdişləri aşılanmışdır.
Qeyd edək ki, 2003-cü ildən etibarən respublikanın bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda keçirilir.
Bu sessiyada ümumilikdə 700-dən artıq doktorant və dissertantın imtahan verəcəyi gözlənilir.
İmtahanlar iyunun 10-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.