Norveçin “Opera” şirkəti “Android” əməliyyat sistemi ilə işləyən qurğular üçün “Opera Max” mobil proqramının yeni versiyasını təqdim edib.
ictnews.az saytının məlumatına görə, yeni versiyada “Wi-Fi” vasitəsilə internetə qoşulma zamanı trafikin sıxılması funksiyası aktivdir. “Opera Max” brauzeri xüsusi proqramlar üçün qənaət rejimini tənzimləməyə və bütün qoşulma növləri üzrə internet trafikin istehlak həcmini izləməyə imkan verir.