“Thomson Reuters” şirkəti son 10 il ərzində texnologiya innovasiyalarına yekun vurub. Qlobal texnologiyaların inkişafının əsas tendensiyaları qeydə alınmış patentlər və dərc edilmiş məqalələrin sayına əsasən 12 sahə üzrə (avtomobil sənayesindən telekommunikasiyalara qədər) hesablanıb. Nəticələr “The Future Is Open”in analitik hesabatında təqdim edilib.
2014-cü ildə yeni patentlərin yaradılması tempi aşağı düşüb (artım keçən illə müqayisədə cəmi 3 faizdir). Elmi nəşrlərin sayı isə bütövlükdə 34 faiz azalıb.
Bununla belə, “açıq innovasiyalar” trendi öz yerini möhkəmləndirir: şirkətlər tez-tez yeni texnologiyaların hazırlamasında elmi təşkilatlarla əməkdaşlıq edirlər.
nanonewsnet.ru saytının məlumatına görə, müxtəlif sahələr arasında sərhədlər yox olmağa davam edir: onlarla şirkət (“Apple”dan “DuPont”a qədər) öz əsas ixtisaslaşmalarından xeyli kənar sahələr üzrə ixtiraları patentləşdirir.
Beləliklə, hesabatda “Samsung” şirkəti qeyd olunmuş 12 texnologiyadan 9-u üzrə patentləri alan 25 aparıcı şirkətlər siyahısına daxil olub.
Rusiya şirkətləri və elmi müəssisələrindən isə, “Tatneft” şirkəti geoloji kəşfiyyat (neft və qaz) sahəsində Avropa innovatorlar beşliyində birinci yerə sahib olub.
Kosmik texnologiyalar üzrə analoji beşlikdə ikinci yerdə (103 ixtira) – “Enerji” raket-kosmik korporasiyası, dördüncü yerdə isə (52 ixtira) – “M.F.Reşetneva adına İnformasiya peyk sistemləri” Səhmdar Cəmiyyəti qərarlaşıb.
Əczaçılıq sahəsində Xalqlar Dostluğu Rusiya Universiteti üçüncü yeri (2014-cü il ərzində – 375 ixtira) tutub.
Yarımkeçiricilərin öyrənilməsinə görə isə Rusiya Elmlər Akademiyası ikinci yerdə (2004-2014 illər üzrə “Web of Science” sistemində indeksləşdirilmiş 3574 məqalə) qərarlaşıb.