Doktorant və dissertantlar "İnformatika" fənni üzrə təşkil olunmuş kurslarda iştirak etmək və namizədlik minimumu imtahanı vermək üçün İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində qeydiyyatdan keçməlidirlər. Bunun üçün aşagıdakı sənədlər tələb olunur:

Məktub

Anket
Foto şəkil (rəngli, 3x4 sm, 1 ədəd).

  • Elm və təhsil müəssisələrinin rəhbərliyi öz müəssisələrinin doktorant və dissertantlarının "İnformatika" fənni üzrə təşkil olunmuş kurslarda iştirak etməsi və namizədlik minimumu imtahanını verməsi ücün AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyinə rəsmi məktubla müraciət etməlidir.
     

  • Məktubda adları göstərilən doktorant və dissertantlar qeydiyyatdan keçmək üçün Tədris-İnnovasiya Mərkəzinə müraciət etməlidirlər. Tədris-İnnovasiya Mərkəzində onlara anket təqdim olunur. Anket doktorant və ya dissertant tərəfindən doldurulub, 1 ədəd fotoşəkil əlavə olunaraq Tədris-İnnovasiya Mərkəzinə verilməlidir.
     
  • “İnformatika” fənni üzrə kurslar - Tədris-İnnovasiya Mərkəzinin maddi-texniki bazasının gücləndiriıməsi, müəllimlərin və tədris prosesi ilə məşğul olan digər əməkdaşların əmək haqlarının ödənilməsi məqsədilə ödənişli əsaslarla həyata keçirilir.
     
  • Elm və təhsil müəssisələri doktorant və dissertantlarının təhsil haqqını ödəmək üçün AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə   müqavilə bağlayırlar. Müqaviləsi olan müəssisələr üçün Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantların sayından və onların tədris formasından (əyani, qiyabi, intensiv) asılı olaraq hesab-faktura hazırlanır və elmi müəssisəyə göndərilir.
     
  • Müqaviləsi olmayan müəssisələrin doktorant və dissertantları təhsil haqqını institutun bank hesabına köçürürlər. Bank hesabının rekvizitləri:
     

    Azərbaycan Milli Elmlər Akademiyası

     İnformasiya Texnologiyaları İnstitutu

    Yasamal YXO – vöen 1300222691

    AMEA İTİ  – vöen – 1300308241

    (q/№ 148406101) ABB-nin Yasamal filialı,

    vöen (bank) 9900001881, kodu 805562,

    m/h 0137010002944 h/h 33205019449324665216,

    S.W.I. F.T. Bik: IBAZAZ 2x