• Sənədlər çoxluğunun kontentə görə qruplaşdırılması üçün bir neçə klasterizasiya metodu və alqoritm təklif edilmişdir. (İcraçılar: akademik Ə. Abbasov, AMEA-nın müxbir üzvü, prof. R. Əliquliyev, f.-r.e.n. R. Alıquliyev)
  • İnsanın fotoportretə görə tanınması üçün sifət təsvirində fərqləndirici nöqtələr çoxluğu müəyyən olunmuş və bu çoxluq əsasında tanınma alqoritmində iştirak edən əlamətlərin hesablanma qaydası müəyyənləşdirilmişdir. (İcraçılar: f.-r.e.n. T. Kazımov, Ş. Mahmudova)
  • Mətnlərin avtomatik referatlaşdırılması üçün metod və alqoritmlər işlənmişdir. (İcraçılar: akademik Ə. Abbasov, f.-r.e.n. R. Alıquliyev)
  • Korporativ şəbəkələrin xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün CDN texnologiyasına əsaslanan metod təklif edilmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü, prof. R. Əliquliyev, f.-r.e.n. R. Alıquliyev, A. Hüseynova)
  • “Əhali və miqrasiya” informasiya şəbəkəsinin informasiya təhlükəsizliyinin təmin olunması sisteminin arxitekturu və fərdi məlumatlar əsasında sosial şəbəkələrin qurulması metodu təklif olunmuşdur. (İcraçılar: t.e.n Y. İmamverdiyev, F. Abdullayeva)
  • Şəhər infrastrukturuna düşən infogen xarakterli yüklər analiz olunmuş və izafi yüklərin minimallaşdırılması üçün yanaşma təklif edilmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü, prof. R. Əliquliyev, R. Abdullayev)
  • İnternet xidməti göstərən provayderlərin seçilməsi üçün model təklif edilmişdir. (İcraçı: t.e.n. İ. Əliyev)
  • Yerin relyefinin vektor xəritəsinin bəzi xarakterik xətaların aşkarlanması və təshih olunması üçün alqoritm işlənmişdir. (İcraçılar: t.e.n. Q. Orucov, N. Rəsulova)
  • Loq faylların analizi əsasında veb resurslara hücumların aşkarlanması üçün metod təklif edilmişdir. (İcraçı: R. Fərəcullayev)