Tel.:

(994 12) 5399739

E-mail:

depart15@iit.ab.azmasuma@iit.ab.az

Struktur bölmənin rəhbəri:

Məsumə Hüseyn qızı Məmmədova
Texnika elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

10

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Süni intellekt texnologiyası çərçivəsində çətin formalizə olunan predmet sahələri üçün müxtəlif təyinatlı intellektual sistemlərin elmi-metodoloji əsaslarının işlənib hazırlanması, fazi biliklərə əsaslanan müxtəlif təyinatlı tətbiqi problem-istiqamətli sistemlərin model və sintez metodlarının işlənilməsi, tədqiqi və inkişafı.

Struktur bölmənin əsas elmi nəticələri:

İntellektual texnologiyaların çətin formalizə olunan predmet sahələrinə (elmi fəaliyyətin idarə olunması, neft-kimya texnoloji proseslərinin idarə olunması üçün informasiyanın emalı, enerji sistemlərinin idarə olunması və s.) və sosial-iqtisadi problemlərə (demoqrafik proqnoz, əmək bazarında tələb və təklifin idarə olunması, ailə gəlirlərinin qiymətləndirilməsi və s.) tətbiqi çərçivəsində  müvafiq məsələlərin həlli  üçün fazi məntiq üsullarına əsaslanan metodologiya təklif edilmiş və bir sıra orijinal nəticələr əldə olunmuş; mətnin avtomatlaşdırılmış emalı və maşın tərcüməsi sistemində Azərbaycan dilinin formal modellərinin qurulması və linqvistik prosessorun yaradılması üçün biliklər bazasına söykənən məntiqi üsullar, müxtəlif dil səviyyələrində (morfoloji, sintaktik, semantik)  ekspert sisteminin sintezi sahəsində bir sıra nəzəri və praktiki nəticələr alınmışdır.