ELANLAR

4705

Azərbaycan Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində təmsil olunacaq

10 Sentyabr 2014 - 17:43
Azərbaycan Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində təmsil olunacaq, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Sentyabrın 10-12-də Çin Xalq Respublikasının Tiançin şəhərində Dünya İqtisadi Forumunun Asiya Regional Sammiti keçiriləcək. Tədbirdə ölkəmizi Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov təmsil edəcək.

Sammitdə yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyatda tətbiqi, innovativ sahibkarlıq, xüsusilə də İKT-nin inkişafı, yüksək texnologiyaların iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi məsələlər müzakirə olunacaq.

Sammit çərçivəsində iştirakçılara Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlar və əldə olunmuş nailiyyətlər haqda ətraflı məlumat veriləcək, müxtəlif mövzularda fikir mübadiləsi aparılacaq, həmçinin Azərbaycan üçün prioritet hesab olunan və BMT-nin Baş Assambleyasının qətnamələri ilə siyasi dəstək almış "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) və ölkəmizin təşəbbüsü ilə yaradılan "Avrasiya Rabitə Alyansı" (Eurasian Connectivity Alliance -EuraCA) kimi beynəlxalq layihələrin dəstəklənməsi və reallaşdırılması ilə bağlı danışıqlar aparılacaq.

ictnews.az saytında bildiriblər ki, tədbir zamanı panel iclaslarda iştirak etməklə yanaşı, nazir Əli Abbasov digər ölkələrin nümayəndə heyətləri ilə  görüşlər keçirəcək və ölkələr arasında müvafiq sahələr üzrə əlaqələrin inkişafı və yeni əməkdaşlıq imkanlarını  müzakirə edəcək.

Bundan əlavə, nazir Ə. Abbasov BMT-nin Baş katibi yanında yaradılan Genişzolaqlı İnkişaf üçün Komissiya ilə birlikdə 2015-ci il yanvarın 22-də Davosda keçirilməsi planlaşdırılan sessiyaya hazırlıq və Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə bu ilin dekabrın 2-də Bakıda keçiriləcək "Bakutel-2014" sərgi- konfransı ilə bağlı müzakirələrdə iştirak edəcək.