"Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri" II respublika konfransı keçiriləcəkdir

21 May 2026 - 11:15
"Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri" II respublika konfransı keçiriləcəkdir, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

25 noyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə "Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri" II respublika konfransı keçiriləcəkdir.

Konfransın məqsədi proqram mühəndisliyinin elmi-nəzəri və praktiki problemləri, müasir trendləri, aparılan tədqiqatların nəticələrinin müzakirə olunması, perspektiv istiqamətlərin müəyyənləşdirilməsidir. Konfrans çərçivəsində proqram mühəndisliyində süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik məsələləri, IoT texnologiyaları və böyük verilənlərin emalı kimi aktual istiqamətlərə xüsusi diqqət yetiriləcəkdir. Tədbir alimlər, gənc tədqiqatçılar və mütəxəssislər üçün elmi nəticələrin təqdim olunması və müzakirəsi baxımından əlverişli intellektual dialoq platforması yaradacaqdır. İştirakçılar arasında əməkdaşlıq əlaqələrinin qurulması və birgə tədqiqat imkanlarının genişləndirilməsi də konfransın əsas hədəflərindən biridir. Bununla yanaşı, konfransın nəticələri proqram mühəndisliyi sahəsində milli elmi mühitin formalaşdırılmasına da töhfə verəcəkdir.

 KONFRANSIN   ƏSAS   İSTİQAMƏTLƏRİ

  • Proqram mühəndisliyinin elmi-nəzəri əsasları: yeni modellər, metodologiyalar və yanaşmalar;
  • Proqram təminatının keyfiyyətinin idarə edilməsi: etibarlılıq və məhsuldarlığın qiymətləndirilməsi, testləşdirmə metodları;
  • Proqram sistemlərinin arxitekturu və layihələndirilməsi;
  • Süni intellekt, maşın təlimi və dərin təlim texnologiyalarının proqram mühəndisliyinə tətbiqi;
  • Kibertəhlükəsizlik və təhlükəsiz proqramlaşdırma;
  • Böyük verilənlər, bulud texnologiyaları və IoT əsaslı paylanmış sistemlər üçün təhlükəsiz proqram təminatı;
  • Proqram layihələrinin idarə edilməsi, risklərin qiymətləndirilməsi və innovativ həllər;
  • Rəqəmsal transformasiya şəraitində proqram mühəndisinin rolu və kompetensiya tələbləri;
  • Proqram mühəndisliyinin yaşıl transformasiya aspektləri;
  • Proqram sistemlərinin əks mühəndisliyi;
  • Proqramlaşdırmada süni intellektin tətbiqinin etik və hüquqi aspektləri.

 Məruzələrin tərtibatına dair tələblər

  • Konfransın istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş elmi məruzələr qəbul olunur;
  • Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) az olmamalıdır;
  • Məruzə elektron şəkildə softengineering2026@gmail.com ünvanına göndərilməlidir;
  • Məruzədə problemin aktuallığı, məsələnin qoyuluşu, həlli yolları və əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti əks olunmalıdır;
  • Məruzənin formatı IEEE standartına uyğun olmalıdır (Nümunə: Sample_IEEE (aze).doc)
  • Düsturlar Microsoft Equation redaktorunda (standart parametrlər ilə) yığılmalıdır;
  • Məqaləyə məruzənin adı, xülasəsi və müəllif(lər)in soyadı ingilis dilində əlavə edilməlidir;
  • Məruzəçilər MS PowerPoint redaktorunda “On-screen Show” formatında slaydlar hazırlamalıdırlar;
  • Məruzəni konfransın işçi dillərindən (Azərbaycan, ingilis və rus) birində təqdim etmək olar.

 

Mühüm tarixlər:

01 oktyabr 2026-cı il

Məruzələrin təqdim edilməsi üçün son tarix 

15 oktyabr 2026-cı il

Məruzələrin elmi ekspertizasının nəticəsi haqqında müəlliflərin məlumatlandırılması

25 noyabr 2026-cı il

Konfransın iş günü

Əlaqə məlumatları

Ünvan:   AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9A.

                ETN İnformasiya Texnologiyaları İnstitutu
Tel:        (+994 12) 539 90 16, (+994 12) 538 71 09
E-poçt:     softengineering2026@gmail.com

 

Təşkilat komitəsi