03-06 sentyabr 2025-ci il tarixlərində ETN Riyaziyyat və Mexanika İnstitutunda bu qurumun, eləcə də ETN İnformasiya Texnologiyaları İnstitutu, Özbəkistan Elmlər Akademiyasının V.İ.Romankovski adına Riyaziyyat İnstitutu və Türkiyə Cümhuriyyəti Yıldız Texniki Universitetinin təşkilatçılığı ilə “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda XII beynəlxalq elmi konfrans keçiriləcək.
Riyaziyyat və mexanika sahəsində mütəxəssisləri bir araya gətirəcək tədbir fundamental və tətbiqi riyaziyyat, mexanika üzrə ən son tədqiqat nəticələrini və onların real həyatda mümkün qabaqcıl tətbiqlərini təqdim etmək üçün beynəlxalq forumdur.
Qeyd edək ki, qəbul edilmiş tezislərin tam versiyalarının konfransın veb-saytında təqdim olunan jurnallarda dərc etdirilməsi nəzərdə tutulur. Konfransın rəsmi dili ingilis dilidir.
Beynəlxalq konfrans haqqında daha geniş məlumatı mpmm.imm.az veb-saytından əldə edə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.