ELANLAR

2339

“Paralel Hesablama Texnologiyaları” XVI beynəlxalq konfransı keçiriləcək

09 Mart 2021 - 10:58
“Paralel Hesablama Texnologiyaları” XVI beynəlxalq konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

13-18 sentyabr 2021-ci il tarixlərdə Rusiyanın Kalininqrad şəhərində “Paralel Hesablama Texnologiyaları” (Parallel Computing Technologies – PaCT-2021) XVI beynəlxalq konfransı keçiriləcək.

Hesablama Riyaziyyatı və Riyazi Geofizika İnstitutu (Rusiya Elmlər Akademiyası, Novosibirsk), İmmanuel Kant Baltik Federal Universiteti, Novosibirsk Dövlət Universiteti və Novosibirsk Dövlət Texniki Universiteti tərəfindən təşkil olunan birgə konfransın məqsədi paralel hesablama texnologiyalarında yeni tendensiyalar və tətbiqetmələr haqqında ümumi məlumat verməkdir. “PaCT-2021” dünyanın hər yerindən gələn alim və mütəxəssislər arasında fikir mübadiləsi üçün forum rolunu oynayaraq, cəmiyyətdə paralel hesablama texnologiyaları ilə bağlı təsəvvürü dərinləşdirməyə kömək edəcək.

Konfrans Rusiya Təhsil və Elm Nazirliyi, Rusiya Elmlər Akademiyası və Rusiya Fundamental Tədqiqatlar Fondu tərəfindən maliyyələşdirilir.

Tədbirin əsas müzakirə mövzularına paralel kompüter sistemlərinin tətbiqinin bütün texnoloji aspektləri, yüksək səviyyəli paralel proqramlaşdırma dilləri və sistemləri, böyük miqyaslı problemlərin paralel həlli üçün metod və vasitələr, paralel emalı dəstəkləyən proqram vasitələri və dillər, əməliyyat sistemləri, xəritəçəkmə, şəbəkə və bulud hesablamaları üçün proqram, alqoritm və proqramların fraqmentasiya və aqreqasiyası, proqramların yığılması və yenidən istifadəsi, paylanmış alqoritmlər və s. daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.