ELANLAR

2635

İnstitutda “Süni intellekt: çağırışlar, problemlər və perspektivlər” mövzusunda ümumrespublika elmi-praktiki konfransı keçiriləcək

23 Yanvar 2020 - 11:38
İnstitutda “Süni intellekt: çağırışlar, problemlər və perspektivlər” mövzusunda ümumrespublika elmi-praktiki konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Bu ilin may ayında AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş “Süni intellekt: çağırışlar, problemlər və perspektivlər” mövzusunda ümumrespublika elmi-praktiki konfransı keçiriləcək. 

İnstitutun Elmi şurasının bu gün keçirilən iclasında bu barədə danışan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev bildirdi ki, süni intellekt 4-cü sənaye inqilabının əsas trendlərindən biridir. Alimin fikrincə, bu texnologiyanın bir sıra sosial-iqtisadi problemləri mövcuddur ki, bunların araşdırılmasına ehtiyac duyulur. 

Buna görə də institutun hər bir əməkdaşının süni intellekt ideologiyasının carçısına çevrilməsinin, süni intellektin ümumfəlsəfi əsasları üzrə tədqiqatların aparılmasının mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.