“Azərkosmos” ASC kosmik sahə üzrə elmi məqalə müsabiqəsi elan edir 10.01.2020    15:50

“Azərkosmos” ASC kosmik sahədə ixtisaslaşan, o cümlədən bu sahəyə marağı olan şəxsləri kosmik sahə üzrə keçirilən elmi məqalə müsabiqəsində iştiraka dəvət edir.

Elmi işlər və məqalələr 12-16 oktyabr 2020-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresində təqdim olunacaq. Müsabiqə “Azərkosmos”un bu ilki tədbirdə yüksəkixtisaslı mütəxəssislərdən ibarət nümayəndə heyəti ilə təmsil olunması məqsədilə keçirilir.

Sözügedən nümayəndə heyətinin tərkibində iştirak etmək üçün maraqlanan şəxslər yanvarın 31-dək kosmik sahə üzrə elmi məqalələrinin xülasəsini rustam.rustamov@azercosmos.az elektron ünvanına göndərə bilərlər.

Müsabiqə haqqında daha ətraflı məlumatı “Azərkosmos” ASC-nin rəsmi saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti