ELANLAR

2977

2020-ci ilin yaz semestri üzrə xaricdə doktorantura təhsili üçün müsabiqə elan edilib

19 Noyabr 2019 - 15:04
2020-ci ilin yaz semestri üzrə xaricdə doktorantura təhsili üçün müsabiqə elan edilib, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

18 noyabr 2019-cu il tarixindən 2020-ci ilin yaz semestrində Azərbaycan ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə dünyanın ən reytinqli universitetlərində doktorantların hazırlığını təmin etmək üçün “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili elan olunub.

Proqrama əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün texniki və texnoloji, təbiət, kənd təsərrüfat, səhiyyə və rifah, iqtisadiyyat və idarəetmə, təhsil, humanitar və sosialixtisas istiqamətləri müəyyən edilib. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi təhsil aldıqları xarici ali təhsil müəssisələri tərəfindən müəyyən edilən minimum normativ təhsil müddətində həyata keçirilir.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi aşağıdakı xərcləri əhatə edir:

  • təhsil xərcləri;
  • viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;
  • aylıq yaşayış xərcləri;
  • tibbi sığorta xərcləri;
  • beynəlxalq nəqliyyat xərcləri.

Müraciət üçün son tarix 10 yanvar 2020-ci ilə təyin edilib.

İlkin seçim meyarları, müraciət üçün tələb olunan sənədlər, müraciət proseduru barədə məlumatlarla buradan tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.