ELANLAR

3085

“RİNTİ-2019” – “İnformasiyalaşdırmanın və elmi-texniki informasiyanın dövlət sisteminin inkişafı” XVIII beynəlxalq konfransı keçiriləcək

15 Noyabr 2019 - 17:33
“RİNTİ-2019” – “İnformasiyalaşdırmanın və elmi-texniki informasiyanın dövlət sisteminin inkişafı” XVIII beynəlxalq konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

21 noyabr 2019-cu ildə Belarusiyanın paytaxtı Minsk şəhərində Belarusiya Milli Elmlər Akademiyasının İnformatika Problemləri İnstitutu, Mərkəzi Elmi Kitabxanası və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə “İnformasiyalaşdırmanın və elmi-texniki informasiyanın dövlət sisteminin inkişafı” (RINTI-2019)  XVIII Beynəlxalq konfransı keçiriləcək.

“RINTI-2019”da  rəqəmsal çevrilmənin elmi, metodiki, informasiya, texnoloji və hüquqi təminatı, elmi və texniki məlumatların avtomatlaşdırılmış sistemləri, innovativ fəaliyyətin informasiya təminatı, kitabxana və informasiya sistemləri texnologiyaları, iqtisadiyyatın və cəmiyyətin rəqəmsallaşmasının sosial aspektləri, informasiyalaşdırmada psixoloji aspektlər kimi mövzularda məruzələr dinləniləcək.

Konfransda AMEA İnformasiya Texnologiyaları İnstitutunu şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, baş mütəxəssis Əfruz Qurbanova, böyük elmi işçi Könül Daşdəmirova və elmi işçi Səadət Abdullayeva təmsil edəcəklər.

Konfransda onların “Milli terminoloji məlumat mühitində qərar dəstəyi sistemi”“İnternet sosiologiyasının mövcud vəziyyəti və problemləri”, “Veb saytların qiymətləndirilməsi” mövzusunda məruzələri  təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.