ELANLAR

3315

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçiriləcək

03 Oktyabr 2019 - 11:27
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzi, eləcə də “IS3S” (Information Security Solutions) şirkətinin birgə təşkilatçılığı ilə rəhbər şəxslər üçün “Kibertəhlükəsizlik: kritik risklər” adlı təlim keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, oktyabrın 18-də təşkil olunacaq təlimin məqsədi rəhbər şəxslərin müasir kibertəhlükəsizlik sahəsində mövcud olan risklər və bu risklərin qarşısının alınması üzrə biliklərinin, əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılmasıdır.

“Kibertəhlükəsizliyin əsasları”, “İnformasiya təhlükəsizliyi standartları”, “İnformasiya təhlükəsizliyi:  texnologiya və həllər”, “Kibertəhlükəsizlik trendləri” maarifləndirici tədbirin əsas mövzularını təşkil edəcək.

İstənilən qurum və şirkətin rəhbər şəxsləri təlimdə ödənişsiz iştirak edə bilərlər.

Təlimdə iştirak üçün bu link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.