19-21 may 2014-cü il tarixlərdə Tehranda (İran) 3-cü Beynəlxalq İnnovasiya və Texnologiyalar sərgisi (INOTEX 2014) təşkil olunacaq.
ictnews.az Elektron Xəbər Xidmətinin məlumatına görə, Pardis Texnologiyalar Parkının (PTP) təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə iştirak üçün Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də dəvət olunublar.
Yüksək texnologiyalar sahəsində ilk sərgisini 2012-ci ilin fevralında keçirən PTP bu sahədə zəngin təcrübəyə malikdir.
Maraqlı tərəflərin görüşü, İKT üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı danışıqların aparılması üçün yaradılmış platforma ölkələrin iqtisadi sektorla yanaşı, siyası arenada da qarşılıqlı dostluq münasibətlərinin gücləndirilməsində önəmli rol oynayır.