ELANLAR

3645

CeBIT-2014 beynəlxalq sərgisi keçiriləcək

21 Fevral 2014 - 11:00
CeBIT-2014 beynəlxalq sərgisi keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Sərgidə Azərbaycan milli stend ilə iştirak edəcək

10-14 mart tarixlərdə Almaniyanın Hannover şəhərində CeBIT 2014 – informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər üzrə beynəlxalq sərgi keçiriləcək. Azərbaycan Deutsche Messe Hannover sərgi mərkəzində milli stend ilə iştirak edəcək. 

"ICTnews" xəbər xidmətinin məlumatına görə, Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi geniş nümayəndə heyətinin iştirak edəcəyi sərgidə Azərbaycanın İT şirkətlərinin nailiyyətləri və ölkədə İKT sahəsində həyata keçirilmiş iri layihələr nümayiş etdiriləcək. 

expoclub.ru saytının məlumatına görə, Hannoverdə 1986-cı ildən etibarən keçirilən sərgi bu il səkkiz istiqamət üzrə bölünəcək: müəssisələrin resurslarının planlaşdırılması və verilənlərin analizi, korporativ kontentin idarə edilməsi, veb və mobil həllər, İT xidmətləri, təhlükəsizlik, kommunikasiyalar və şəbəkələr, infrastruktur və verilənlərin emalı mərkəzləri, həmçinin tədqiqatlar və innovasiyalar. 

Sərgi informasiya texnologiyaları və biznes, kommunikasiyalar, telematika və naviqasiya, nəqliyyat və loqistika, ictimai istehlak sektoru, internet və mobil rabitə vasitələri sahəsində yeniliklər və maliyyə, istehlakçılar üçün elektronika, bank işi və maliyyə seksiyaları üzrə keçiriləcək. Sərgidə eyni zamanda, dizayn, xidmət və konsaltinq sahələrində innovasiyalar və yeni təlim texnologiyaları sahəsində mövzular işıqlandırılacaq.