ELANLAR

7783

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə müsabiqə elan olunur

10 Aprel 2018 - 10:00
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə müsabiqə elan olunur, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 8 sentyabr 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə aktual və müasir elmi problemlərin həlli istiqamətində elmi tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq vә onlara әlavә yaradıcılıq imkanları yaratmaq məqsədilə müsabiqə elan olunur.

Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

I yer – 3000 manat;

II yer – 2000 manat;

III yer – 1500 manat.

Müsabiqədə namizədliyi AMEA-nın həqiqi və müxbir üzvləri və ya AMEA-nın elmi müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən, yaşı 30-dək olan akademiyanın gənc alimləri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən gənc alimlər aşağıdakı sənədləri 2018-ci il aprelin 20-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim etməlidirlər:

- AMEA prezidentinin adına ərizə;

- müsabiqədə iştirak üçün namizədliyi irəli sürülmə barədə AMEA üzvlərinin təqdimatı və ya AMEA-nın elmi müəssisələrinin elmi şurasının təqdimatı;

- əldə etdikləri nailiyyətlər haqqında məlumat (1 səhifədən artıq olmamaq şərti ilə);

- elmi əsərlərinin təsdiq olunmuş formada siyahısı;

- elmi tədbirlərdə, müsabiqələrdə və s. iştirakla bağlı sənədlərin surətləri;

- şəxsi məlumatlar (forma əlavə olunur);

- diplomların surəti;

- şəxsiyyət vəsiqəsinin surəti.

Müsabiqə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi ilə keçirilir.

Ünvan: Bakı ş., H.Cavid pr., 115, AMEA-nın Əsas binası, ETİ-nin Doktorantura şöbəsi, otaq 141. 

Tel.: (+994 12) 539 30 60; (+994 12) 497 21 28.

E-mail: eti@science.az, mamedsamira@yandex.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.