ELANLAR

5478

“Əşyaların İnterneti 2017” Beynəlxalq konfransı keçiriləcək

09 Avqust 2017 - 11:09
“Əşyaların İnterneti 2017” Beynəlxalq konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Əşyaların İnterneti müasir texnologiyalar aləmində sürətlə populyarlıq qazanır. Belə ki, “Gartner” şirkətinin tədqiqatına əsasən, dünyada 2017-ci ilin sonunadək 8,4 milyard “ağıllı” qurğu olacaq. Bu, 2016-cı il ilə müqayisədə 31 faiz çoxdur. 2020-ci ildə bu rəqəm 20,4 milyarda qədər yüksələcək. Mütəxəssislər müntəzəm olaraq, Əşyaların İnternetinin işini daha səmərəli təşkil etmək haqqında müzakirələr aparır.

31 oktyabr-1 noyabr tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində “Əşyaların İnterneti” mövzusunda konfrans keçiriləcək. Konfrans “Google”, “Cisco”, “Huawei”, “Tibbo”, “Rightech” kimi tanınmış şirkətlərin mütəxəssislərinin məruzələrlə çıxış etdiyi əhəmiyyətli tədbirlərdəndir.

expoclub.ru beynəlxalq sərgi portalının məlumatına görə, “Sokolniki” Sərgi və Konqres Mərkəzində keçiriləcək konfrans 2 tematik bloka bölünür. Birinci blok aparat təminatının müzakirəsinə həsr ediləcək. Burada spikerlər mövcud texnoloji həllərin üstünlükləri və çatışmazlıqlarını təhlil edəcək, onların səmərəli istifadəsi üçün lazımi məlumatlar verəcəklər. İkinci tematik blokda “Industrial IoT” və “LifeStyle IoT” seqmentlərinin yenilikləri ilə bağlı fikir mübadiləsi aparılacaq. Konfransda “ağıllı” avtomobil, “ağıllı” şəhər, “ağıllı” fabrik və s. texnologiyalarının tətbiqi məsələləri müzakirə olunacaq.

Proqramda həmçinin sərgi, master-klas və startapların yarışı yer alır. Sərgidə 30-dan çox şirkət öz yeniliklərini təqdim edəcək, ziyarətçilər ən müxtəlif “ağıllı” texnologiya nümunələrini görəcək, onların iş prinsipi ilə əyani tanış ola biləcəklər. Sonra xarici ekspertlər Əşyaların İnternetinin aktual mövzuları üzrə master-klas keçirəcəklər, həmçinin daşına bilən Əşyaların İnterneti laboratoriyası əsasında əyləncəli sınaqlar təşkil edəcəklər. Startapların yarışında isə gənc istehsalçılar müvafiq sahədə özlərini ifadə etmək imkanı əldə edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.