21-24 iyul 2017-ci il tarixlərdə İranın paytaxtı Tehran şəhərində “ELECOMP 2017” – “Elektronika, kompüter texnikası və elektron kommersiya” mövzusunda XXIII beynəlxalq sərgi keçiriləcək.
ELECOMP – elektronika, kompüter məhsulları və İranın xidmətlər bazarında ən böyük tədbirlərdəndir. 1995-ci ildən bugünədək hər il keçirilən sərgi proqram sahəsində son nailiyyətlər və aparat təminatının nümayişi üçün illik platformadır.
www.expoclub.ru saytının məlumatına görə, tədbir yeni biznes və texnoloji əlaqələrin yaradılması imkanlarınının müzakirə edilməsi, həmçinin daimi inkişaf edən bazarda biznesin təkmilləşdirilməsi ilə bağlı unikal imkanlar təqdim edir. Həm ölkə daxilində, həm də xaricdə bu sahədə fəaliyyət göstərən şirkətlərə öz biznesini davamlı işgüzar əlaqələrin qurulması hesabına inkişaf etdirmək üçün tövsiyyələr verir.
Konfransda iştirak etmək üçün burada qeydiyyatdan keçmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.