ELANLAR

4667

Nanoelm və nanotexnologiyalara həsr olunmuş III Beynəlxalq Konqres keçiriləcək

15 Aprel 2015 - 15:00
Nanoelm və nanotexnologiyalara həsr olunmuş III Beynəlxalq Konqres keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

İyulun 2-3-də İstanbulda (Türkiyə) Nanoelm və nanotexnologiyalara həsr olunmuş III Beynəlxalq Konqres (3rd International Congress on Nanoscience and Nanotechnology - ICNT 2015) keçiriləcək.

İstanbul və Hacettepe Universitetləri ilə “PFK” şirkətinin təşkil etdiyi konqres fizika, kimya, elektronika və digər sahələrdə fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya toplayacaq.

Əsas məqsəd nanoelm və nanotexnologiyalar sahəsi üzrə aparılan araşdırmaların təbliği və müxtəlif ölkələrdə çalışan tədqiqatçı, mühəndis və tələbələrin nanotexnologiyalar haqqında elmi biliklərinin artırılmasıdır.

Tədbirdə karbon nanomaterialları, qrafen, nanoborular, nanomaterialların sintezi və səciyyələndirilməsi, nanostrukturlaşdırılmış yarımkeçiricilər, nanoelektronika, optoelektronika, molekulyar elektronika və digər əlaqədar mövzuların müzakirəsi nəzərdə tutulur.