ELANLAR

3945

Moskvada müasir texnologiyaların interaktiv sərgisi keçirilir

29 Mart 2015 - 16:13
Moskvada müasir texnologiyaların interaktiv sərgisi keçirilir, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Rusiyanın paytaxtında “Москва” texnopolisində martın 28-dən 29-na kimi  “TechTrends Expo” müasir texnologiyaların interaktiv sərgisi keçirilir. Sərgidə daşınan qurğular, ağıllı ev üçün elektronika, virtual və əlavə reallığın yaradılması üçün qadjetlər, həmçinin 3D-skanerlər və iri printerlər nümayiş olunur.

Tədbirdə “İlin ən çox maraq oyadan qadjeti” xüsusi mükafatının qalibləri də müəyyənləşəcək. Sərginin əyləncəli hissəsi vizual, fiziki və audioeffektləri özundə birləşdirən attarksionların təqdim edildiyi oyun zonasında davam edəcək. Ziyarətçilər virtual və əlavə reallıq texnologiyalarını sınaqdan keçirə biləcəklər. Sərginin msk.techtrendsexpo.com rəsmi veb-səhifəsinin məlumatına görə, tədbirdə həmçinin məşhur əsərlərin 3D-surətləri də nümayiş olunacaq.

“TechTrends Expo” çərçivəsində texnologiyalar sferası üzrə mütəxəssislər və IT-peşəkarlar üçün seksiyalar da keçiriləcək ki, burada startapçılar Intel, Microsoft, Samsung kimi şirkətlərin, İnternet-təşəbbüslərinin İnkişafı Fondu və “Skolkovo”nun təmsilçiləri, həmçinin digər mütəxəssislərlə ünsiyyət yarada bilərlər.