İyunun 9-dan 12-dək Tehranda (İran) IV Beynəlxalq innovasiyalar və texnologiyalar sərgisi - INOTEX 2015 keçiriləcək.
inotex.negusexpo.ru saytının məlumatına görə, “Tehran International Fair Ground” sərgi kompleksində baş tutacaq tədbir İranın “Pardis” Texnoparkının təşkilatçılığı və Rusiyanın “НЕГУС ЭКСПО Интернэшнл” şirkətinin həmtəşkilatçılığı ilə keçiriləcək.
Sərginin əsas istiqamətləri:
- İnformasiya-kommunikasiya texnologiyaları
- Neft-qaz və neft-kimya sənayesi üçün innovasiya texnologiyaları və avadanlıqları
- Yüksək texnoloji tibb və biotibb mühəndisliyi
- Sənayenin avtomatlaşdırılması və intellektual sistemlər
- Biotexnologiyalar
- Nanotexnologiyalar
- Bərpa olunan energetika
- Aviasiya-kosmik texnologiyalar
- Tibb və laboratoriya avadanlıqları (aksessuarları)
- İnfrastruktur
- Geologiya və yeni materiallar
- Optika, fotonika və lazerlər
Qeyd edək ki, sərgi yeni – INOTEX adı altında 2014-cü ildə keçirilməyə başlayıb və həmin ildə dünyanın 7 ölkəsindən (Rusiya, Türkiyə, Hindistan, Koreya, Çin, Almaniya, Böyük Britaniya) 88 şirkətin məhsulları nümayiş olunub.