ELANLAR

4893

ABŞ-da elektron KİV-ə həsr olunmuş sərgi keçiriləcək

05 Fevral 2015 - 18:11
ABŞ-da elektron KİV-ə həsr olunmuş sərgi keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Aprelin 10-da ABŞ-ın Las-Veqas şəhərində elektron kütləvi informasiya vasitələrinə həsr olunmuş NAB 2015 (National Association of Broadcasters Annual Convention and International Exposition) sərgisi keçiriləcək. Geniş miqyaslı tədbir olan NAB-da innovativ texnologiyalar, yayım strategiyaları, həmçinin istifadəçinin təcrübəsini artıran texnologiyalar işıqlandırılacaq.

hifinews.ru saytının bildirdiyinə görə, 5 gün davam edəcək sərgidə sosial TV, bulud xidmətləri, brodbend TV və OTT texnologiyası üzrə ixtisaslaşan şirkətlər təqdim olunacaq. Bundan əlavə nümayiş zalları fəaliyyət göstərəcək və sərgi iştirakçılarına tədris üçün tədbirlərdə iştirak təklif olunacaq.

NAB sərgisinin əsas istiqamətləri aşağıdakılardır:

  • Kompüter və informasiya texnologiyaları
  • Telekommunikasiyalar və rabitə
  • Multimedia
  • Radioyayım
  • Televiziya və əyləncə.