İnformasiya Texnologiyaları İnstitutunun direktoru AMEA-nın akademik-katibi vəzifəsinə təsdiq olunub

30 Aprel 2015 - 15:24 | Mühüm hadisələr

Aprelin 29-da AMEA Rəyasət Heyətində keçirilmiş AMEA-nın 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağında AMEA-nın akademik-katibi və elmi bölmələr üzrə akademik-katib vəzifələrinə seçkilər keçirilib.

Səsvermə nəticəsində AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA-nın akademik-katibi vəzifəsinə təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.