Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti iclası keçirildi.
Dissertasiya şurasının sədri, AMEA-nın akademik katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək, iclasın 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında dissertasiya işi üzrə rəsmi opponentlərin, aparıcı təşkilatın və müdafiənin tarixinin təyin edilməsi məsələlərinə həsr olunduğunu bildirdi.
İclasda texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq iddiasında olan Şahnaz Şahbazovanın “Qeyri-səlis neyron şəbəkə əsasında paylanmış biliklər bazasının layihələndirilmə modelləri və metodları” mövzusunda dissertasiya işi üzrə rəsmi opponentlər texnika üzrə elmlər doktorları, professorlar Sergey Poqorelıy, Məsumə Məmmədova və Səlahəddin Yusifov, aparıcı təşkilat isə Bakı Dövlət Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrası təsdiq olundu.
Dissertasiya işi üzrə müdafiə 19 may 2015-ci il tarixinə təyin olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.