Elektron Təhlükəsizlik Mərkəzi daha bir beynəlxalq təşkilata üzv oldu

07 Aprel 2015 - 15:09 | Mühüm hadisələr
Elektron Təhlükəsizlik Mərkəzi daha bir beynəlxalq təşkilata üzv oldu

AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin apardığı beynəlxalq əməkdaşlıq siyasəti uğurla davam etdirilməkdədir. Belə ki, mərkəz bu dəfə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “For Inspiration and Recognition of Science and Technology” (FİRST) beynəlxalq təşkilatına tam hüquqlu üzv seçilib. Dünya ölkələrinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin (CERT) əməkdaşlığını asanlaşdımaq məqsədilə yaradılan FİRST beynəlxalq təşkilatı kompüter təhlükəsizlik insidentlərinin həlli yönündə fəaliyyət göstərir.

Bu üzvlük Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində dövlət tərəfindən aparılan uğurlu siyasətin beynəlxalq arenada da davam etdirilməsinə imkan yaradacaq. Belə ki, təşkilata üzvlük kibertəhlükəsizlik sahəsindəki problemlərin qlobal həllinin tapılmasını asanlaşdırır və sürətləndirir.

FİRST hər il müxtəlif ölkələrdə kompüter insidentlərinin işlənməsi mövzusunda konfranslar və tədbirlər keçirir. Burada üzv və qeyri-üzv qurumların iştirakı təmin olunur ki, bu da beynəlxalq arenada yeni əməkdaşlıqlar üçün zəmin yaradır.

Bundan əlavə, bu beynəlxalq quruma üzvlük informasiya təhlükəsizliyi sahəsində ən son yeniliklər, insidentlər, təhlükələrdən mühafizə yolları və əlaqəli məsələlərlə bağlı ideyaları, təcrübələri öyrənmək və paylaşmaq imkanı yaradır.

cert.az