“Samsung” və “SK Telecom” 5G və “Əşyaların interneti” şəbəkələrinin təkmilləşdirilməsi üzrə birgə əməkdaşlıq edəcək

06 Aprel 2015 - 10:45 | Maraqlı məlumatlar
“Samsung” və “SK Telecom” 5G və “Əşyaların interneti” şəbəkələrinin təkmilləşdirilməsi üzrə birgə əməkdaşlıq edəcək

“Samsung” və “SK Telecom” şirkətləri qabaqcıl mobil qurğular və rabitə texnologiyalarının hazırlaması məqsədilə qarşılıqlı anlaşma haqqında müqavilə imzalayıblar.

3dnews.ru saytının məlumatına görə, şirkətlər beşinci nəsil (5G) yüksək sürətli mobil şəbəkələrin paylanmasını sürətləndirmək məqsədilə səylərini birləşdirmək niyyətindədirlər. SK Telecom və Samsung millimetrlik diapazondan istifadə edən və 7,55 Gbit/s-ə qədər sürətlə məlumatların ötürülməsinin təmin edən 5G-rabitə sistemini sınaqdan keçirirlər. Şirkətlər 2020-ci ildən yeni nəsil şəbəkələrin istismarına başlamağı planlaşdırırlar.

Bundan başqa, şirkətlərin mütəxəssisləri şəbəkəyə müxtəlif qurğuların qoşulmasını nəzərdə tutan “Əşyaların interneti” konsepsiyasının təkmilləşdirilməsi ilə məşğul olacaqlar. Samsung şirkətinin bildirdiyinə görə, 2017-ci ilə qədər şirkət məhsullarının 90 faizi internet vasitəsilə məlumat mübadiləsi imkanına malik olacaq. Beş il sonra isə Cənubi Koreya nəhənginin bütün elektron qurğuları qeyd olunan funksiyaya malik olacaq.