İnstitut əməkdaşlarının məqaləsi “Thomson Reuters” impakt faktorlu jurnalda nəşr olunub

30 Mart 2015 - 15:00 | Mühüm hadisələr
İnstitut əməkdaşlarının məqaləsi “Thomson Reuters” impakt faktorlu jurnalda nəşr olunub

İnstitut əməkdaşlarının “The perspectives of cloud technology implementation in digital library” (Bulud texnologiyalarının elektron kitabxanalarda tətbiqi perspektivləri) adlı məqaləsi “Thomson Reuters” impakt faktorlu (0.295) Sylwan” jurnalında çap olunmuşdur.

Məqalə bulud texnologiyalarının müasir elektron kitabxanaların yaradılmasında istifadə edilməsi məsələlərinə həsr edilmişdir. Bulud texnologiyaları əsasında yaradılan elektron kitabxanaların platforma, xarakteristikaları, informasiya resurslarının yaradılması və istifadə prinsipləri tədqiq olunmuşdur. Həmçinin Azərbaycanda olan müasir vəziyyət, kitabxana və elektron kitabxanalarda bulud texnologiyalarının gələcək tətbiq perspektivləri analiz edilmişdir.

Rasim Alguliyev, Rashid Alakbarov, Elchin Mammadov, Mammad Hashimov Institute of Information Technology of ANAS, Baku, Azerbaijan director@iit.ab.az, rashid@iit.ab.az, chingizoglu.elchin@gmail.com, mamedhashimov@gmail.com

ISSN: 1561-882X

2013 Impact Factor: 0.295

Coverage: Science Citation Index Expanded

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.