Bu gün Almaniyanın Hannover şəhərində dünyanın ən iri informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər sərgisi olan CeBIT 2015 öz işinə başlayıb. Deutsche Messe Hannover Sərgi Mərkəzində martın 20-dək davam edəcək tədbirin təşkilatçısı “Hannover Messe” şirkətidir.
expoclub.ru beynəlxalq sərgi portalının məlumatına görə, Hannoverdə 1986-cı ildən etibarən keçirilən sərgi bu il 8 istiqamət üzrə bölünəcək:
Müəssisə resurslarının planlaşdırılması və verilənlərin analizi
Korporativ kontentin idarə olunması
Veb və mobil həllər
İT-xidmətlər
Təhlükəsizlik
Kommunikasiyalar və şəbəkələr
İnfrastruktur və verilənlərin emalı mərkəzləri
Tədqiqat və innovasiyalar.
CeBIT 2015-in əsas seksiyaları:
İnformasiya texnologiyaları sahəsi (IT infrastructure)
Biznesin istiqamətləri (Business Process)
Kommunikasiyalar (Communications)
Telematika və naviqasiya
Nəqliyyat və logistika (Telematics & Navigation, Transport & Logistic)
İctimai istehlak sektoru (Public Sector Parc)
Alıcı və satıcılar arasında ticari vasitəçilik (Planet Reseller)
İnternet və mobil rabitə vasitələri sahəsində yeniliklər (Internet & Mobile Solutions)
Bank işi və maliyyə (Banking & Finance)
İstehlak elektronikası (Consumer Electronics)