HTTP protokolu İnternetin fundamental əsaslarından biridir. Bu protokol olmadan sosial şəbəkələr, bloqlar və s. mövcud olmazdı.
hi-news.ru saytının məlumatına görə, HTTP 16 il ərzində ilk dəfə qlobal miqyasda yenilənib. Hipermətnin ötürülmə protokolu kimi izah edilən HTTP (Hyper Text Transfer Protocol) digər mətnlərə istinadları nəzərdə tutur. Bu, məlumatların hipermətn sənədləri şəklində HTML (veb-səhifələrin əsas nişanlama dili) və digər formatlarda ötürülməsi üçün protokoldur.
Digər protokollar kimi HTTP da səhifələrin daha sürətli yüklənməsi üçün təkmilləşdirilə bilər. Son 16 il ərzində “IETF HTTP Working Group” şirkətinin əməkdaşları məhz bu işlə məşğul olublar.
HTTP/2 - protokolun ilk ciddi yenilənməsidir. Yenilənmə veb-səhifələrin yüklənməsini sürətləndirəcək, silinmiş serverlərlə İnternet-əlaqələrin keyfiyyətini yaxşılaşdıracaq, brauzerin eyni məlumatları bir neçə dəfə yükləməməsi üçün keş yaddaşın işini optimallaşdıracaq. Bu yenilənmənin köməyi ilə eyni zamanda bir neçə sorğunu emal etmək mümkün olacaq. Həmçinin istifadəçi məlumatlarının mühafizəsi də əhəmiyyətli dərəcədə güclənəcək.
“Google” korporasiyasının nümayəndələri şirkətin Ümumdünya İnternet Şəbəkəsi istifadəçiləri üçün məlumatların yüklənmə sürətini artırmaq məqsədilə HTTP/2 protokoluna keçməyi planlaşdırdığını bildirib. İstehsalçılar artıq müvafiq saytda protokolun spesifikasiyalarına giriş əldə edə bilərlər. Adi istifadəçilər isə yenilənmiş protokol qüvvəyə mindikdə ondan istifadə edə biləcəklər.