Kiberrisklərin sığortalanmasına 2,5 milyard dollar xərclənib

16 Fevral 2015 - 10:49 | Maraqlı məlumatlar
Kiberrisklərin sığortalanmasına 2,5 milyard dollar xərclənib

Rusiyada müasir dövrdə baş verən kibercinayətlərə kibertəhlükəsizlik sferasının aparıcı şirkət ekspertlərinin baxışlarının təqdim edildiyi “Kiberrisklər. Təyin olunması. İdarə olunması” mövzusunda konfrans keçirilib. Konfransda   dünya üzrə kiberrisklərin sığortalanmasına 2014-cü ildə 2,5 milyard dollar sərf olunduğu açıqlanıb.

novoteka.ru saytının məlumatına görə, konfransda bildirilib ki, bir çox hallarda cinayətkarlar boşluq aşkar etdikdən sonra şirkətlər kibertəhdid ilə üzləşirlər.

“InfoWatch”un statistikasına əsasən, əməkdaşların 50 faizə qədəri işdən çıxarıldıqda özləri ilə məxfi sənədlər aparırlar. Bu kimi hallarda sığorta polisi təhlükəsizliklə bağlı təhdidlərin qarşısını alan İT xidmətləri həyata keçirməyə imkan verir.