Dünya otellərində “Wi-Fi” şəbəkələrinin təhlükəsizliyi təmin olunmur

10 Fevral 2015 - 15:47 | Maraqlı məlumatlar
Dünya otellərində “Wi-Fi” şəbəkələrinin təhlükəsizliyi təmin olunmur

“WatchGuard” şirkətinin apardığı araşdırmanın nəticələrinə əsasən, dünyanın otel, restoran və digər oxşar müəssisələrinin 71 faizində qonaqlar üçün yerli “Wi-Fi” şəbəkələrindən istifadə məqsədilə ayrıca unikal şifrə yaradılmır. Bu, şəbəkə üçün təhlükə törədə bilər.

Əksər müəssisələrdə şübhəli proqramların, virus və ya zərərli fəaliyyətin aşkarlanması məqsədilə otel şəbəkəsinin monitorinqi aparılmır. Müəssisələrin 62 faizində qonaqların şəbəkənin ötürmə qabiliyyətindən həddən artıq istifadəsinə nəzarət edilmir, 48 faizində isə şəbəkənin məhsuldarlığının qiymətləndirilməsi üçün siyasi kart və ya məlumatların vizuallaşdırılması vasitələri tətbiq olunmur.

Computerworld jurnalının məlumatına görə, Şirkətdə çalışan mütəxəssislər təhlükəsiz, etibarlı və yaxşı idarə olunan İnternet çıxışını müasir otel biznesinin ayrılmaz hissəsi kimi qiymətləndirirlər. Lakin tədqiqatın nəticələri göstərir ki, əksər şirkətlər müştərilərin və şəbəkə təhlükəsizliyinin təminatı üçün mütəxəssislərə müraciət etməlidirlər.