Sosial şəbəkələrdə yerləşdirilmiş video xəstəliklərin diaqnostikasında mühüm rol oynayacaq. ABŞ-ın Roçester Universitetinin alimləri selfi-videonu analiz edən kompüter əlavəsi yaradıblar. Proqram insanın sağlamlıq baxımından hansı vəziyyətdə olduğunu birbaşa videogörüntüdən müəyyən etməyə imkan verir, istifadəçinin sosial şəbəkələrdəki fəallığını izləyərək fon rejimində işləyir və digər məlumatlardan istifadə etmir.
meddaily.ru saytının bildirdiyinə görə, öz əhvalın haqqında məlumat vermək, əlavə informasiya daxil etmək və sensor gəzdirmək isə lazım deyil. Hər şey çox sadə və dəqiqdir. Məsələn, videoda təkcə alın nahiyəsinin rənginin dəyişməsinə görə proqram ürək döyüntüsünün tezliyini təyin edə bilib. Proqram həm də insanın gözünü qırpma tezliyini, bəbəyin radiusunu və insanın başı ilə etdiyi hərəkətlərin sayını nəzərə alır .
Bununla belə proqram insanın Twitter-də nə yazdığını, oxuduğunu, səhifələri çevirmə tezliyini, hətta siçanın düymələrini neçə dəfə basdığını tədqiq edir. Bütün bu göstəricilər isə insanın psixi və fiziki vəziyyətindən xəbər verir.