AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başa çatıb.
Xatırladaq ki, 2003-cü ildən etibarən respublikanın bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda keçirilir.
Bu sessiyada 228-i doktorant, 293-ü isə dissertant olmaqla, ümumilikdə 521 elmi tədqiqatçı imtahan verib. İmtahanlarda AMEA-nın elmi müəssisələrindən 182 nəfər, digər elmi müəssisələrdən 339 nəfər iştirak edib.
Yanvar ayının 30-u başa çatmış imtahanlarda 136 nəfər əla, 202 nəfər yaxşı, digərləri isə kafi və qeyri- kafi nəticə göstəriblər.
Qeyd edək ki, AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.