Google: Möcüzə-qolbaq insan orqanizmində xərçəng hüceyrələrini aşkar edəcək

03 Fervral 2015 - 09:35 | Maraqlı məlumatlar
Google: Möcüzə-qolbaq insan orqanizmində xərçəng hüceyrələrini aşkar edəcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Google laboratoriyasının alimləri insan orqanizmində xərçəng hüceyrələrini və ürək-damar sisteminin müxtəlif xəstəliklərini aşkar edən xüsusi cihaz hazırlayıblar.

arbatcity.ru saytının məlumatına görə, mütəxəssislər tərəfindən aparılan prosedurlar təsvir olunub: insan xüsusi nanozərrəciklərdən ibarət spesifik həb qəbul edir. Bu hissəciklər mikroskopik ölçüsü sayəsində insan orqanizminə daxil olaraq zülal və hüceyrələrə maqnit kimi birləşirlər. Ekspertlər portativ qurğular vasitəsilə nanozərrəcikləri analiz edərək növbəti mərhələlərdə tədqiq edəcəklər.

Maraqlı məqamlardan biri də odur ki, nanozərrəciklər xərçəng hüceyrələrini aşkar edərkən parlamağa başlayır. İşığın “keçirmə qabiliyyəti”ni qiymətləndirmək üçün, alimlər süni dəridən əllər yaradıblar. Buraya həmçinin insan dərisindən olan donor hissəciklər də daxil olunub. Laboratoriya alimləri ümid edirlər ki, möcüzə-qolbağın köməyi ilə insanların sağlamlıq vəziyyətini müntəzəm olaraq qiymətləndirmək mümkün olacaq.

Layihə üzərində araşdırmalar davam etdirilir.