“3D Print Conference”da 3D-modelləşdirmə haqqında məruzələr dinləniləcək

02 Fevral 2015 - 17:16 | Mühüm hadisələr
“3D Print Conference”da 3D-modelləşdirmə haqqında məruzələr dinləniləcək

12 fevral 2015-ci il tarixdə Bakıda yerləşən Park Inn By Radisson otelində keçiriləcək konfransda Lama Niu, Alexander Sosnovski, Raif İsmayılov, Emil Həsənli, Fərhad Abirbekov və digər mütəxəssislər çıxış edəcəklər.

“3D Project” şirkətinin texniki-istehsal şöbəsinin rəhbəri Emil Həsənli 3D-çap, 3D-skan, 3D-modelləşdirmə və virtualizasiya xidmətləri, həmçinin maket istehsalının bütün tipləri, texniki startap-layihələr üçün hazırlama və reallaşdırma prototipləri haqqında məlumat verəcək. O, “3D-modelləşdirmə: ideyadan hazır modelə qədər” mövzusunda məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanda 3D-texnologiyaların imkanlarından istifadə edən ilk şirkətlərdən olan 3D Project ətraf mühitin üçölçülü formatda modelləşdirilməsi və müxtəlif miqyaslarda yaradılması üzrə ixtisaslaşıb. 3D Project həmçinin konfransın sponsoru rolunda çıxış edəcək.

Konfransda çıxış edəcək məruzəçilər haqqında ətraflı məlumatı rəsmi saytdan əldə etmək mümkündür: 3dprint.az

Əlaqə: client@3dprint.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.