Məlum olduğu kimi, Elm və Təhsil Nazirliyi (ETN) ilə Clarivate şirkəti arasında imzalanmış milli müqavilə çərçivəsində mütəmadi olaraq təlim və vebinarlar təşkil olunur.
Bu təşəbbüsün davamı olaraq növbəti təlim 5 oktyabr 2026-cı il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, ETN İnformasiya Texnologiyaları İnstitutu və Clarivate şirkətinin yerli təmsilçiliyinin birgə təşkilatçılığı ilə İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.
Təlimdə iştirakçılara milli müqavilə çərçivəsində Azərbaycan elmi ictimaiyyətinin istifadəsinə təqdim olunan Clarivate resursları – “ProQuest Central” akademik informasiya bazası və “Web of Science” elmmetrik bazası haqqında ətraflı məlumat veriləcək, həmçinin bu resurslardan elmi tədqiqat prosesində səmərəli istifadə imkanları nümayiş etdiriləcəkdir.