AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev İctimai TV-yə müsahibə verib – VİDEO

15 May 2026 - 10:53 | Müsahibələr, çıxışlar
AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev İctimai TV-yə müsahibə verib

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan!” proqramına müsahibə verib.

“Süni intellekt işimizi əlimizdən necə alır?” mövzusuna həsr olunmuş videosüjetdə Ramiz Alıquliyev müasir texnologiyaların son dərəcə sürətlə inkişaf etdiyini vurğulayaraq bildirib ki, süni intellekt insanın duyğularını, emosional qərarvermə qabiliyyətini tam şəkildə modelləşdirə bilmir. Alim qeyd edib ki, məhz bu məhdudiyyətlərə görə süni intellekt bütün sahələrdə insan faktorunu tam əvəz etmək imkanına malik deyil və bir çox peşələrdə insanın yaradıcı və emosional rolu hələ də həlledici olaraq qalır.